| Yenə gəldi sonsuz, sahilsiz gecə
|
| Necə tab gətirim mən bu ağrıya?
|
| Yalqız qalmağıma mən dözüm necə?
|
| Sənsiz bənzəyirəm ulduzsuz aya
|
| Yalqız qalmağıma mən dözüm necə?
|
| Sənsiz bənzəyirəm ulduzsuz aya
|
| Unutma məni, yar, məni unutma
|
| Şirin yuxularda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Gecələr yuxuma qatılır haram
|
| Duyğular səninlə, könül səninlə
|
| Ulduzlar içində səni araram
|
| Döyünər ürəyim məhəbbət ilə
|
| Ulduzlar içində səni araram
|
| Döyünər ürəyim məhəbbət ilə
|
| Unutma məni, yar, məni unutma
|
| Şirin yuxularda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Unutma məni
|
| Unutma məni
|
| Unutma məni
|
| Unutma məni
|
| Arzular şirindir, diləklər həzin
|
| Nolardı ki, səni yenə görəydim?
|
| Gəl, ayrılıq izini qəlbimdən sil
|
| Uzat əllərini mənə, sevgilim
|
| Gəl, ayrılıq izini qəlbimdən sil
|
| Uzat əllərini mənə, sevgilim
|
| Unutma məni, yar, məni unutma
|
| Şirin yuxularda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Şirin yuxularda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Unutma məni, yar, məni unutma
|
| Dalğın xəyallarda xatırla məni
|
| Şirin yuxularda xatırla məni
|
| Dalğın xəyallarda xatırla məni
|
| Unutma məni, yar
|
| Sevirəm səni, yar! |