| Gül-çiçəklər bürüyər dağı, çölü, çəməni |
| Süfrələri bəzəyər yaşıl telli səməni |
| Arzu-istək gizlənər süfrələrin şamında |
| Sevinər ana yurdum bu bayram axşamında! |
| Tonqallar alovlanır |
| Hər evdə gözəl xonça |
| Bu gün el bayramıdır |
| Deyib-gülək doyunca! |
| Tonqallar alovlanır |
| Hər evdə gözəl xonça |
| Bu gün el bayramıdır |
| Deyib-gülək doyunca! |
| Bizə sevinc gətirər durnalar qatar-qatar |
| Qonşu qapılarına uşaqlar papaq atar |
| Hamı tələsər bu gün öz yurduna-evinə |
| Xoş gəlmisən, Novruzum, Azərbaycan elinə! |
| Tonqallar alovlanır |
| Hər evdə gözəl xonça |
| Bu gün el bayramıdır |
| Deyib-gülək doyunca! |
| Tonqallar alovlanır |
| Hər evdə gözəl xonça |
| Bu gün el bayramıdır |
| Deyib-gülək doyunca! |
| Bu Novruz bayramında hər bir ürək şən olar |
| Unudular kin-nifrət, gün gecəylə tən olar |
| Hər evə, hər ocağa ruzi-bərəkət gələr |
| Novruzun gəlişini el həsrətlə gözləyər! |
| Sevinir ana yurdum |
| Haydi, yallı gedək! |
| Xoş gəlmisən, Novruzum |
| Qədəmlərin mübarək! |
| Sevinir ana yurdum |
| Haydi, yallı gedək! |
| Xoş gəlmisən, Novruzum |
| Qədəmlərin mübarək! |
| Tonqallar alovlanır |
| Hər evdə gözəl xonça |
| Bu gün el bayramıdır |
| Deyib-gülək doyunca! |
| Tonqallar alovlanır |
| Hər evdə gözəl xonça |
| Bu gün el bayramıdır |
| Deyib-gülək doyunca! |