| Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq |
| Aşikar eyləməyincə ürəyim qan olacaq? |
| Nə qədər gül üzünün həsrətin aşiq çəksin? |
| Nə qədər gül üzünün həsrətin aşiq çəksin? |
| Nə zaman vəslinə bəs yetməyə imkan olacaq? |
| Bəs haçan rəhm edəcək bülbülü biçarəyə gül |
| Bəs haçan rəhm edəcək bülbülü biçarəyə gül |
| Nə qədər bəs o fəqirin işi əfğan olacaq? |
| Eşqdən başqa nə dərd olsa yenə çarəsi var |
| Ayrılıq dərdinə, bilməm necə dərman olacaq? |
| Sən götürt məscidi zahid, bizə meyxanəni ver |
| Sən götürt məscidi zahid, bizə meyxanəni ver |
| Kim bu işdə görək axırda peşiman olacaq? |
| Bənövşə, Bənövşə, məndən uzaq getmə |
| Bənövşə, Bənövşə, qəlbimi qan etmə |
| Bənövşə, Bənövşə, məndən uzaq getmə |
| Bənövşə, Bənövşə, qəlbimi qan etmə |
| Səni görəndə mən |
| Ürək yanar qəmlə |
| Səni görəndə mən |
| Ürək yanar qəmlə |
| Allah bizi barışdırar, inşallah |
| İkimizi qovuşdurar, inşallah |
| Allah bizi barışdırar, inşallah |
| İkimizi qovuşdurar, inşallah |
| Kaş, səni bir də görəm, dilbər |
| Sevgili qönçəmi dərəm, dilbər |
| Kaş, səni bir də görəm, dilbər |
| Sevgili qönçəmi dərəm, dilbər |
| Qurban olum yaradan |
| Qurtar məni bəladan |
| Allah bizi barışdırar, inşallah |
| İkimizi qovuşdurar, inşallah |
| Allah bizi barışdırar, inşallah |
| İkimizi qovuşdurar, inşallah |
| Allah bizi barışdırar, inşallah |
| İkimizi qovuşdurar, inşallah |