| Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir
|
| Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir
|
| Nə qədər olar həssas damarlardan asılı qalmaq?!
|
| Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?!
|
| Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?!
|
| Səhnənin sənə bəxşi — çürümüş irsə dönmüsənsə
|
| Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq
|
| Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?!
|
| Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq
|
| İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq
|
| Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı
|
| Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq
|
| Yalan dediklərinin qabağında bacarsan düz dur
|
| Həyat verir, alır, elədiklərin qayıdır bu düstur
|
| Səhnələr satılıb artıq? |
| qələmə kağıza yox ehtiyac
|
| Artıq hisslər də mahnılardan çoxdan edib merac
|
| Dəyişdikcə illərlə, bütün sevgilər də
|
| Qalır duyğularımız sözlərdə
|
| Danışdıqca hisslərlə, susursa gözlər də
|
| Qalır mahnılar ancaq dillərdə
|
| Keçir zaman, ölür dəyər, tək ümid mahnılara
|
| Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara
|
| Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə
|
| Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara
|
| Mən niyə yaxşı olum, əgər indiki insanlar
|
| Tapırsa ehtiras, itəndə sevgi yataqlarda?
|
| Və bədənlər birləşdikcə unudulursa hisslər
|
| Niyə hisslərim saf olsun qələmlə qovuşduqca?
|
| Tapırsa cənnəti mələklər varlı axmaqlarda
|
| Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda?
|
| Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda
|
| İndi isə dost vitrində, satırıq antraktlarda
|
| Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda
|
| Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda
|
| Yaxşı olub, niyə pisə çevrilirik axırlarda?
|
| Görəsən, peşamandırmı yaradan yuxarılarda?
|
| Bunları dərk etdim illərlə, mən də bezib susdum
|
| Kağızdakı bütün saf hissləri bir günə pozdum
|
| Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər
|
| Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?!
|
| Dəyişdikcə illərlə, bütün sevgilər də
|
| Qalır duyğularımız sözlərdə
|
| Danışdıqca hisslərlə, susursa gözlər də
|
| Qalır mahnılar ancaq dillərdə |