| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri
|
| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol!
|
| Repim səni sıxır kommunal borc kimi
|
| Sən xəritədə yersiz, Kamboca kimi
|
| Gir qucağa, çağır çağa kimi köməyə məni
|
| Ya da yağ bıçağı götür, gəl öldürməyə məni
|
| Sevgilinin gözünü yum səhnəyə mən çıxanda
|
| Özüm gəlməmişəm, arzuladın, mən çin oldum
|
| Sən «brak» doğulmusansa, günahkar Çin deyil bro
|
| Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol
|
| İntellektual, qlamur qızlarımız «tipo-tipo»
|
| Baxdıqları kino — Titanic, bir də Zita-Gita
|
| O margarito… bura Bakı yoxsa bura Kito?
|
| Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton
|
| Brendlər ən yaxın dost dar gündə, hər işdə
|
| Efirlər həyat öyrədir həm əvvəldə, həm «finish"də
|
| Və bizə qarşı olan bəzi-bəzi verlişlər
|
| Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə
|
| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri
|
| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol!
|
| Repim səni dəyişir dövran kimi
|
| Xan kimi danışırsan Jeep-ə oturan kimi
|
| Sanki, Franklin-in sürüsündəsən mal kimi
|
| Çəməninə bağlayır səni qandal kimi
|
| Cavanlar qışqırır küçələrdə, nəsə istəyir
|
| Qocalar çay içir və xilas edir bəşəriyyəti
|
| Bakını bürüyüb qara bulud, bir də bir az da stress
|
| Bakıya lazım deyil pul, lazımdır sex
|
| Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız
|
| Xarab bütün məhsulları pisliyib, söyüb alırsınız
|
| TV-də bazar verlişlərində gedən bazarlıq
|
| Manıslar topdan satılır, bu fəsil biz qazandıq
|
| Mən söz soxuram, söz girmir, deşik çox balaca
|
| Cibləri böyüyən cəmiyyətin beyni çox balaca
|
| Süfrə açdım sözlərdən hər mətbəxə uyğun
|
| Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq
|
| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri
|
| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol!
|
| HOST Production, səsim çatır hər insana
|
| Bizim ikona — dəyişmirik pula, mikrofonu
|
| Mənim ifamı qoy «ringtone"a BlackBerry, iPhone-a
|
| Mənim motorum «opora», mənim susmağımdır «fora»
|
| Bu maratonda qələbə verir mənə kantora
|
| Mən ora-bura burun soxmadan çıxdım monitora
|
| Mənə «korona» lazım deyil girmək üçün dona
|
| Nəqarəti xorla oxunaraq track’im çatır sona
|
| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri
|
| Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri
|
| Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol! |