| 16-cı mərtəbədən baxırsan saraya
|
| Mən isə sənin gözlərində görürəm saraylar
|
| Ərköyün şahzadə, fikir vermirsən haraya
|
| Məni bu hisslər görən sonda aparacaq haraya?
|
| Deyirlər — sevgi səhər dumanı kimidir, sıx və tez itən
|
| Mən də çıxacam bir gün cümləndəki mötərizədən
|
| Sahildəsənsə, dəniz artıq maraqsızdır
|
| Cənnətdəsənsə, mənə həyat maraqsızdır
|
| O güllər solacaq, atılacaq
|
| Xoş sözlər bir gün unudulacaq
|
| Gecə gələcək, yenə günəş yatacaq
|
| Amma ki, nəğmələr qalacaq əbədi yaddaşda
|
| Sözlər deyilib artıq, mənə susmaq qalır
|
| Əlindən tutsam belə ürəyin uzaq qalır
|
| Ağlında mən olum, qoy, yadında mən qalım, qoy
|
| Çılğın notlarla saf ürəyini mən alım, qoy
|
| Yenə təxirə salınır səfərlər
|
| Yeni doğmalar köhnə şəhərdə
|
| Yenə qələmim yaradır dənizlər
|
| Buruq saçına burulanda sətirlər
|
| Uçmaq istəsən, tut əlimdən
|
| Gülüşün görünür gözlərimdən
|
| Səbəbin soruşma heç nəyin məndən
|
| Sənə atdığım ilk addım bu nəğmə
|
| Mənim vicdanımda çox göz yaşı var, bilirəm
|
| Xoşbəxtliyi qənaətsiz xərcləmişəm, bilirəm
|
| Belə bir hədiyyəyə layiq deyildim, bilirəm
|
| Amma ki, möcüzələrə inanmağa haqqım var
|
| Yalanın ən çox deyildiyi gündə sən doğuldun
|
| Əlçatmaz arzulartək həyatımda quruldun
|
| Və əgər dağılsa dünya, hər tərəf viran olsa
|
| Razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa
|
| Yenə də nəğmələrdə ümidsiz sətirlərdir
|
| Sevgilər birtərəfli görüşlər qətillərdir
|
| Və bir görüş həyatımdan günləri məhv etdikcə
|
| Səni unudulmaz edən cəmi bir dəfə görməyimdir
|
| Sualtı dünyada nağıl, sən orda şahzadə
|
| Həyatım olsun yalan nağıl, təki sən şahzadə
|
| Güzgüyə bax mələk olduğunu sal ara bir yada
|
| Sənə son toxunuşum oldu sonuncu liliyada
|
| Yenə təxirə salınır səfərlər
|
| Yeni doğmalar köhnə şəhərdə
|
| Yenə qələmim yaradır dənizlər
|
| Buruq saçına burulanda sətirlər
|
| Uçmaq istəsən, tut əlimdən
|
| Gülüşün görünür gözlərimdən
|
| Səbəbin soruşma heç nəyin məndən
|
| Sənə atdığım son addım bu nəğmə |